Qelebə.az / Gürcüstandakı Avropa çempionatında azarkeş rekordu qeydə alınıb

Gürcüstandakı Avropa çempionatında azarkeş rekordu qeydə alınıb

25-06-2023, 09:25

21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatında yeni rekord qeydə alınıb.

"QELEBE.AZ"un məlumatına görə, Tbilisidəki "Dinamo Arena"da baş tutan Gürcüstan - Belçika (2:2) oyununu tribunadan 41 887 tamaşaçı izləyib.

Əvvəlki rekord 2002-ci ildə İsveçrə - İtaliya (0:0) görüşündə olub. Həmin qarşılaşmada 30 min azarkeş iştirak edib.

Qeyd edək ki, U-21 Avropa çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Final matçı iyulun 8-də gerçəkləşəcək.

Geri qayıt