Qelebə.az / "Neftçi"nin Dünya Qadın Seriyasındakı növbəti rəqibləri müəyyənləşib

"Neftçi"nin Dünya Qadın Seriyasındakı növbəti rəqibləri müəyyənləşib

25-06-2023, 12:00

Fransanın Puatye şəhərində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.

"Report" xəbər verir ki, 27-28 iyunda təşkil olunacaq bu mərhələdə "Neftçi" A qrupunda Kanada və İtalya yığmaları ilə mübarizə aparacaq.

Bakı klubu qrupda ilk oyununu Bakı vaxtı ilə saat 19:30-da Kanada seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Geri qayıt