Qelebə.az / III Avropa Oyunları: Daha iki qılıncoynadan mübarizəni dayandırıb - YENİLƏNİB

III Avropa Oyunları: Daha iki qılıncoynadan mübarizəni dayandırıb - YENİLƏNİB

25-06-2023, 17:00

Azərbaycanın daha iki qılıncoynadanı Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.

“Report”un məlumatına görə, Murad Əkbərov və Saleh Məmmədov sablya növündə pley-off mərhələsində məğlub olublar.

Murad Əkbərov ispaniyalı İnyaki Bravoya 9:15, Saleh Məmmədov isə Polşa idmançısı Pyotr Şçepanikə 5:15 hesabı ilə uduzub.

Qeyd edək ki, digər sablyaçılar Maqsud Hüseynli ilə Ayxan Xasıyev mübarizəni qrup mərhələsində dayandırıblar.

16:26

Azərbaycanın iki qılıncoynadanı Polşada keçirilən III Avropa Oyunlarında pley-off mərhələsinə yüksəlib.

“Report”un məlumatına görə, Murad Əkbərov və Saleh Məmmədov sablya növündə qrup mərhələsini uğurla başa vurublar.

Həm M.Əkbərov, həm də S.Məmmədov qrupda 2 qələbə qazanaraq, növbəti raunda yüksəliblər. Onlardan fərqli olaraq, Maqsud Hüseynli ilə Ayxan Xasıyev mübarizəni erkən dayandırıblar.

Murad Əkbərov pley-offda ispaniyalı İnyaki Bravo ilə üz-üzə gələcək. Saleh Məmmədovun bu mərhələdəki rəqibi isə Polşa idmançısı Pyotr Şçepanik olacaq. Hər iki sablyaçı Bakı vaxtı ilə saat 16:40-da mübarizə aparacaq.

Geri qayıt