Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
"QELEBE.AZ"un məlumatına görə, yığma qarışıq komanda yarışında ardıcıl olaraq Niderlanda 4:1, Almaniya və İtaliya seçmələrinə 4:2 hesabı ilə qalib gəlib.
Komanda qızıl medal uğrunda görüşdə Fransa seçməsi ilə görüşəcək.
Qeyd edək ki, Avropa çempionatının fərdi yarışlarını 9 medalla başa vuran Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.