Azərbaycan taekvondoçusu Eltac Qafarov Polşada keçirilən III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində serbiyalı Stefan Takovla üz-üzə gəlib.
Qafarov rəqibinə 0:2 hesabı ilə uduzub. Takov finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
Azərbaycan taekvondoçusu Fəridə Əzizova Polşada keçirilən III Avropa Oyunlarında medal şansını itirib.
"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, buna 67 kq çəki dərəcəsində çıxış edən idmançının uduzduğu rəqibin finala çıxa bilməməsi səbəb olub.
74 kq-dakı Eltac Qafarov isə 1/4 finalda serbiyalı Stefan Takovla üz-üzə gələcək.
Azərbaycan taekvondoçusu Fəridə Əzizova Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.
"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Athanasiya Mitsopoulou (Yunanıstan) ilə üz-üzə gəlib.
Qarşılaşma Əzizovanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Mitsopoulou finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
74 kq-dakı Eltac Qafarov isə rəqibi Lukaş Çudnoç (Polşa) zədə səbəbindən qarşılaşmaya çıxmadığı üçün 1/4 finala vəsiqə qazanıb.