Qelebə.az / "Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

22-09-2022, 14:58

İspaniyanın "Barselona" klubu "Atletik"in futbolçusu İniqo Martineslə anlaşıb.

"QELEBE.AZ" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 2023-cü ilin yayında 31 yaşlı müdafiəçi ilə müqavilə imzalayacaq.

İspaniyalı oyunçu azad agent kimi "Barselona"ya keçəcək.

Qeyd edək ki, İniqo Martines 2018-ci ildən "Atletik"də çıxış edir.

Geri qayıt