Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən III Avropa Oyunlarında məğlub olub.
“QELEBE.AZ”un məlumatına görə, yığma sablya növü üzrə 1/8 final mərhələsində Macarıstan seçməsi ilə qarşılaşıb.
Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlidən ibarət komanda rəqibinə 25:45 hesabı ilə məğlub olaraq, medal şansını əldən verib. Sablyaçılar 9-16-cı yerlər uğrunda yarışacaqlar.
Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.