Qelebə.az / Avropa Oyunları: Azərbaycan badmintonçuları çıxışlarını başa vurublar - YENİLƏNİB

Avropa Oyunları: Azərbaycan badmintonçuları çıxışlarını başa vurublar - YENİLƏNİB

29-06-2023, 18:44

Azərbaycanın qadın badmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında çıxışını başa vurub.

“Report”un məlumatına görə, kişi badmintonçu Edi Reski Dviçayodan sonra o da fərdi kateqoriyada 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Zəhra bu raundda İsveçrə təmsilçisi Jenjira Stadelmanna məğlub olub. Azərbaycan idmançısı ilk hissəni öndə tamamlasa da, ümumilikdə 1:2 (21:16, 12:21, 15:21) hesabı ilə uduzub.

Keyşa Fatimə Zəhra bu nəticə ilə olimpiya təsnifat mərhələsində 2750 reytinq xalları toplayıb.

15:58

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında medalsız qalıb.

“Report”un məlumatına görə, fərdi kateqoriyada qrup mərhələsində ardıcıl üç qələbə qazanan idmançı 1/8 finalda mübarizəni dayandırıb.

O, Finlandiya təmsilçisi Kalle Kolyonenə məğlub olub. Hər iki hissədə Azərbaycan badmintonçusunu üstələyən Kolyonen (2:0 - 21:18, 21:14) 1/4 finala yüksəlib.

Qeyd edək ki, qadın badmintonçu Keyşa Fatimə Zəhra bu gün fərdi kateqoriyada 1/8 final görüşünə çıxacaq.

Geri qayıt