Qelebə.az / "Arsenal" klubu Arsen Vengerin heykəlini ucaldacaq

"Arsenal" klubu Arsen Vengerin heykəlini ucaldacaq

5-07-2023, 16:38

İngiltərənin "Arsenal" klubu sabiq baş məşqçisi Arsen Vengerin heykəlini ucaldacaq.

"QELEBE.AZ" "The Athletic"ə istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssisin abidəsi "Emirates" stadionunun yaxınlığında olacaq.

Avqustun 3-də açılış mərasimi gerçəkləşəcək.

Qeyd edək ki, Arsen Venger 1996 - 2018-ci illərdə London təmsilçisinin baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında üç dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

Geri qayıt