Qelebə.az / Avropa çempionatında ilk finalçı müəyyənləşib

Avropa çempionatında ilk finalçı müəyyənləşib

5-07-2023, 22:27

21 yaşadək futbolçular arasında Avropa çempionatında ilk finalçı müəyyənləşib.

"Report"un məlumatına görə, yarımfinalda İsrail yığmasını 3:0 hesabı ilə məğlub edən İngiltərə millisi həlledici matça vəsiqə qazanıb.

Qolları 42-ci dəqiqədə Morqan Gibbs Uayt, 63-cü dəqiqədə Koul Palmer və 90-cı dəqiqədə Kemeron Arçer vurublar. 17-ci dəqiqədə Uayt penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, İngiltərə seçməsinin finaldakı rəqibi İspaniya - Ukrayna cütünün qalibi olacaq.

Geri qayıt