Qelebə.az / Azərbaycan para-atletləri lisenziya xarakterli dünya çempionatına yollanıblar

Azərbaycan para-atletləri lisenziya xarakterli dünya çempionatına yollanıblar

7-07-2023, 11:41

Azərbaycanın 15 para-atleti iyulun 8-də Fransanın paytaxtı Parisdə start götürəcək dünya çempionatına yollanıblar.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, 10 gün davam edəcək yarışda 15 idmançı mübarizə aparacaq.

Turnirdə ilk 4 yeri tutanlar 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanacaqlar.

Geri qayıt