Qelebə.az / Ulu Öndərin 100 illiyinə həsr olunmuş beynəlxalq futbol turnirinə start verilib

Ulu Öndərin 100 illiyinə həsr olunmuş beynəlxalq futbol turnirinə start verilib

8-07-2023, 12:36

Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Qol U-15" beynəlxalq futbol turnirinə start verilib.

"QELEBE.AZ"un məlumatına görə, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov ilə AFFA-nın baş katibi Sərxan Hacıyev çıxış edərək iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıblar.

Sonra Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib.

Turnirdə Azərbaycan komandaları ilə yanaşı, Qırğızıstanın "İlbirs" və Özbəkistanın 14 yaşlılardan ibarət "Paxtakor" komandaları da iştirak edirlər.

Açılış mərasimindən sonra "Qarabağ və "Sabah" komandaları arasında görüş keçirilib. Oyun Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk oyun günündə keçirilən digər qarşılaşmalarda isə aşağıdakı nəticələr qeydə alınıb:

"Neftçi - "Zirə" - 1:1
"Paxtakor" - Sumqayıt - 0:3
"İlbirs" - "Səbail" - 2:0

Geri qayıt