Qelebə.az / Avropa çempionatı: Voleybol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Avropa çempionatı: Voleybol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

13-07-2023, 11:43

Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün geniş heyəti açıqlanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, baş məşqçi Ataman Güneyligil yığmaya 17 oyunçu dəvət edib.

Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova, Ülkər Kərimova.
Blokçular: Ayşən Abduləzimova, Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.
Oyunqurucular: Kristina Besman, Yana Doroşenko, Şəfaqət Alışanova.
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.
Baş məşqçi: Ataman Güneyligil

Qeyd edək ki, qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Geri qayıt