Qelebə.az / "Neftçi"nin sabiq futbolçusu Kipr klubuna keçib

"Neftçi"nin sabiq futbolçusu Kipr klubuna keçib

13-07-2023, 14:45

"Neftçi"nin sabiq futbolçusu Mamadu Kane Kiprin "Pafos" komandasına keçib.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, qvineyalı yarımmüdafiəçi ötən mövsüm icarə əsasında çıxış etdiyi komanda ilə 3 illik müqavilə imzalayıb.

26 yaşlı oyunçu Pafos şəhərinin eyniadlı təmsilçisinə Yunanıstan "Olimpiakos"undan transfer olunub.

Qeyd edək ki, Mamadu Kane 2019-2021-ci illərdə "Neftçi"nin formasını geyinib.

Geri qayıt