Qelebə.az / "Qəbələ" üçüncü yoxlama oyununda qələbə qazanıb

"Qəbələ" üçüncü yoxlama oyununda qələbə qazanıb

19-07-2023, 20:47

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sonuncu yoxlama görüşünü keçirib.

"Report"un məlumatına görə, "qırmızı-qaralar" Şimali Makedoniya təmsilçisi “Qostivar”la qarşılaşıb.

Matç Azərbaycan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını Əyyub Allaş və Osama Xalayla (2) vurub.

Qeyd edək ki, buna qədər Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” “Sukleya”ya (Moldova) 4:2 hesabı ilə qalib gəlib, “Orenburq”la (Rusiya) 1:1 hesablı heç-heçə edib.

Geri qayıt