Qelebə.az / PSJ Mbappeyə bir milyard avroluq müqavilə təklif edir

PSJ Mbappeyə bir milyard avroluq müqavilə təklif edir

21-07-2023, 12:21

Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeni komandada saxlamaq istəyir.

"QELEBE.AZ" "Central Defense" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi 25 yaşlı hücumçuya 1 milyard avro qazana biləcəyi 10 illik müqavilə təklif etməyə hazırdır.

Forvardın hansı cavabı verəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.

Geri qayıt