Qelebə.az / "Beşiktaş" futbolçusunu Qətər klubuna satıb

"Beşiktaş" futbolçusunu Qətər klubuna satıb

24-07-2023, 13:14

Mərakeş millisinin futbolçusu Romen Saiss karyerasını Qətərdə davam etdirəcək.

"QELEBE.AZ" xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubu 33 yaşlı müdafiəçini "Əl-Sədd"ə satıb.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Qara qartallar" bu keçiddən 2.5 milyon gəlir əldə edib.

Qeyd edək ki, 2022-ci ildən "Beşiktaş"da çıxış edən Romen Saiss ötən il Mərakeş yığması ilə Qətərdəki dünya çempionatında 4-cü yeri tutub.

Geri qayıt