Türkiyə klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, "Beşiktaş" Albaniya "Tirana"sını keçəcəyi təqdirdə "Jelezniçar" (Bosniya və Herseqovina) / "Neftçi" (Azərbaycan) cütünün qalibi ilə üz-üzə gələcək.
İstanbulun digər təmsilçisi "Fənərbağça" Moldova "Zimbru"sunu yensə, "Maribor" (Sloveniya) / "Differdanj" (Lüksemburq) duelinin güclüsü ilə görüşəcək.
"Adana Demirspor" isə Rumıniyanın ÇFR klubunu üstələsə, "Osiyek" (Xorvatiya) / "Zalaegerseq" (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.