Qelebə.az / "Liverpul"un kapitanı Səudiyyə Ərəbistanı klubuna keçib

"Liverpul"un kapitanı Səudiyyə Ərəbistanı klubuna keçib

26-07-2023, 15:28

İngiltərə millisinin futbolçusu Cordan Henderson karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

"QELEBE.AZ” xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano tviter səhifəsində məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi "Əl-İttifaq"ə keçib. Təcrübəli oyunçu hazırda Xorvatiyada komandanın düşərgəsindədir.

Qeyd edək ki, Cordan Henderson 2011-ci ildən "Liverpul"da çıxış edir. Komandanın kapitanı ötən mövsüm 43 matçda meydanda olub.

Geri qayıt