Qelebə.az / Konfrans Liqası: "Qəbələ"nin potensial rəqibləri ilk oyunlarını keçiriblər

Konfrans Liqası: "Qəbələ"nin potensial rəqibləri ilk oyunlarını keçiriblər

26-07-2023, 22:44

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin daha bir ilk oyunu başa çatıb.

"Report"un məlumatına görə, "Qəbələ"nin növbəti raunddakı potensial rəqiblərindən Danimarka "Midtullan"ı Lüksemburqun "Proqres" komandasını qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 38-ci dəqiqədə Henrik Dalsqard və 60-cı dəqiqədə Sori Kaba vurub. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Lüksemburqda olacaq.

Bu cütün qalibi növbəti raundda "Qəbələ" - "Omoniya" (Kipr) duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qəbələ" ilk qarşılaşmasını iyulun 27-də evdə, cavab matçını bundan bir həftə sonra səfərdə keçirəcək.

Geri qayıt