Qelebə.az / "Neftçi"dən ayrılan hücumçu Serbiya klubuna keçib

"Neftçi"dən ayrılan hücumçu Serbiya klubuna keçib

28-07-2023, 17:27

"Neftçi"dən ayrılan braziliyalı futbolçu Mateus Saldanya Serbiyanın "Partizan" komandasına keçib.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki,24 yaşlı hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Forvard yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Neftçi" Mateus Saldanyanı bu ilin yanvarında Yaponiyanın "CEF Yunayted" klubundan birillik icarəyə götürmüşdü.

Geri qayıt