Qelebə.az / Mahir Emreli: "Qələbəyə layiq idik"

Mahir Emreli: "Qələbəyə layiq idik"

25-09-2022, 22:08

"Oyun tam olaraq nəzarətimiz altında idi. Bəzi hallarda çatışmazlıqlarımız olurdu. Buna baxmayaraq, qələbəyə layiq idik".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Mahir Emreli Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən 25 yaşlı hücumçu zədədən yeni qayıtdığını bildirib: "Bu hallarda optimal formaya qayıtmaq çətin olur. Bu günlərdə hər birimizin qələbəyə ehtiyacı var. Xalqımızı sevindirmək istəyirdik. Şəhidlər ölməz, Vətən bölünməz".

Geri qayıt