Qelebə.az / “Deportivo”nun futbolçusunu timsah yeyib

“Deportivo”nun futbolçusunu timsah yeyib

2-08-2023, 16:42

Kosta-Rikanın həvəskarlardan ibarət “Deportivo Rio Kanya” klubunun futbolçusu Alberto Lopes Ortis faciənin qurbanı olub.

QELEBE.AZ saytının məlumatına görə, 30 yaşlı kosta-rikalı timsahların hücumu nəticəsində həyatını itirib.

Kanyas çayında olan timsahlardan biri onu yeyib. Futbolçunun meyitini yırtıcının ağzından çıxarmaq üçün polis timsahı güllələyib.

Qeyd edək ki, təcrübəli futbolçu həm də komandanın məşqçilər korpusunda yer alırdı.

Geri qayıt