Qelebə.az / Azərbaycanın U-21 millisinin Serbiya ilə matçının yeri müəyyənləşib

Azərbaycanın U-21 millisinin Serbiya ilə matçının yeri müəyyənləşib

3-08-2023, 15:24

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Serbiya ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma səfər matçına sentyabrın 12-də çıxacaq.

Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərində yerləşən İdman Mərkəzində oynanılacaq qrupun ilk qarşılaşmasının başlama saatı hələlik bəlli deyil.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Geri qayıt