Qelebə.az / Azərbaycanın U-21 millisinin daha iki oyununun stadionu müəyyənləşib

Azərbaycanın U-21 millisinin daha iki oyununun stadionu müəyyənləşib

15-08-2023, 09:58

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi daha iki oyununun stadionu müəyyənləşib.

“QELEBE.AZ” xəbər verir ki, U-21 oktyabrda Şimali İrlandiya və Lüksemburq komandalarını “Dalğa Arena”da qəbul edəcək.

Qarşılaşmalar müvafiq olaraq oktyabrın 12-də və 17-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycanın gənclər yığması qrup mərhələsinin ilk turunda Serbiyanın qonağı olacaq. Bu görüş sentyabrın 12-də Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərindəki İdman Mərkəzində baş tutacaq.

Geri qayıt