Qelebə.az / "Qarabağ"ın HİK-lə oyun üçün səfər proqramı açıqlanıb

"Qarabağ"ın HİK-lə oyun üçün səfər proqramı açıqlanıb

15-08-2023, 14:59

"Qarabağ"ın Finlandiyada HİK-ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün səfər proqramı bəlli olub.

"Report" Ağdam klubunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, "köhlən atlar" avqustun 16-da, saat 11:00-da sözügedən ölkəyə yollanacaq.

Baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı həmin gün, Bakı vaxtı ilə saat 20:15-də start götürəcək. 15 dəqiqə sonra isə komandanın açıq məşqi gerçəkləşəcək.

Qeyd edək ki, HİK - "Qarabağ" matçı avqustun 17-də, saat 20:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada Azərbaycan çempionu qələbə qazanıb - 2:1.

Geri qayıt