Qelebə.az / “Liverpul” “Ştutqart”dan dayaq yarımmüdafiəçisi alır

“Liverpul” “Ştutqart”dan dayaq yarımmüdafiəçisi alır

17-08-2023, 06:49

İngiltərənin “Liverpul” klubu Almaniyanın “Ştutqart”ından dayaq yarımmüdafiəçisi Vataru Endonu transfer etməyə hazırlaşır.

“Report” “The Athletic”ə istinadən xəbər verir ki, Endonun Mersisayd komandasına keçidi yekunlaşmaq üzrədir.

Belə ki, “qırmızılar”ın alman klubu ilə danışıqları irəliləyiş mərhələsindədir. Endonun yaxın vaxtda İngiltərəyə uçub transferi yekunlaşdıracağı gözlənilir. Nəşrin bildirdiyinə görə, transfer “skauzerlər”ə 19 milyon avroya başa gələcək.

Qeyd edək ki, Yaponiya millisinin futbolçusu olan Vataru Endo ötən mövsüm Bundesliqada 33 matçda meydana çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Geri qayıt