Qelebə.az / İspaniya yığması qadınlar arasında futbol üzrə dünya çempionu olub

İspaniya yığması qadınlar arasında futbol üzrə dünya çempionu olub

20-08-2023, 16:23

Qadınlar arasında futbol üzrə dünya çempionatının finalında İspaniya və İngiltərə komandaları üz-üzə gəlib.

APA-nın xəbərinə görə, İspaniya yığmasının üzvü Olga Carmona Garcia oyunun 29-cu dəqiqəsində komandasını önə çıxarıb.

İspaniyada Jenifer Hermoso oyunun 69-cu dəqiqəsində 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Beləliklə, İspaniya 1:0 hesabı ilə İngiltərəni məğlub edərək dünya çempionu olub.

Geri qayıt