Qelebə.az / Bakıdakı dünya çempionatında növbəti medalçılar bəlli olub

Bakıdakı dünya çempionatında növbəti medalçılar bəlli olub

21-08-2023, 20:25

Bakıda atıcılıq üzrə dünya çempionatı bu gün olimpiya növü olan 50 metr məsafəyə 3 mövqedən atəş üzrə qadınlar arasında final yarışı ilə davam edib.

"Report" xəbər verir ki, yarışın ilk iki qalibi – çinli Qiongyu Janq və Ciayu Han müvafiq olaraq qızıl və gümüş medala sahib olublar.

Bürünc medal isə ABŞ atleti Saden Madalenaya çatıb.

Qiongyu Janq öz ölkəsinə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb. Digər lisenziyaları Almaniya, Hindistan və Monqolustan atletləri əldə edib.

Geri qayıt