“Arsenal”ın keçmiş hücumçusu Tyerri Anri futbol üzrə Fransanın olimpiya milli komandasının və 21 yaş altı gənclərdən ibarət milli komandasının baş məşqçisi təyin edilib.
“QELEBE.AZ” xəbər verir ki, bu barədə yerli qəzeti məlumat yayıb.
Onun təyinatı ilə bağlı qərarı Fransa Futbol Federasiyasının (FFF) icraiyyə komitəsi yekdilliklə qəbul edib. O bu postda 46 yaşlı məşqçi Silveyn Ripollu əvəzləyib. Anri 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Fransa milli futbol komandasına başçılıq edəcək.
Anri daha əvvəl Belçika millisində (2016-2018, 2021-2022) köməkçi məşqçi işləyib. O həmçinin “Monako” və Kanadanın “Monreal İmpakt” komandalarına rəhbərlik edib. Anri futbolçu kimi “Monako” ilə Fransa çempionu, “Arsenal”la ikiqat İngiltərə çempionu və “Barselona” ilə ikiqat İspaniya çempionudur.