Qelebə.az / “Qarabağ”ın “Olimpiya” ilə ilk oyun üçün səfər proqramı açıqlanıb

“Qarabağ”ın “Olimpiya” ilə ilk oyun üçün səfər proqramı açıqlanıb

22-08-2023, 14:01

UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə qarşılaşacaq “Qarabağ”ın səfərdə keçirəcəyi ilk oyunun proqramı açıqlanıb.

“QELEBE.AZ” xəbər verir ki, Azərbaycan çempionu avqustun 23-də adı çəkilən ölkəyə yollanacaq.

Komandanı aparacaq təyyarə saat 11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxacaq.

Həmin gün ağdamlılar qarşılaşmanın baş tutacağı “Stojitse” stadionunda son məşqi keçirəcəklər. Məşq prosesi Bakı vaxtı ilə saat 21:30-a planlaşdırılıb. Bundan 15 dəqiqə əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, avqustun 24-də keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Geri qayıt