Qelebə.az / Dünya çempionatı: Azərbaycanın qız cüdoçuları fərdi mübarizəni bir medalla bitiriblər

Dünya çempionatı: Azərbaycanın qız cüdoçuları fərdi mübarizəni bir medalla bitiriblər

25-08-2023, 11:28

Azərbaycanın yeniyetmə cüdoçusu Kamilla Toholiyeva Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Kasandra Kovacı ilə üz-üzə gəlib.

Toholiyeva rəqibinə məğlub olub.

Beləliklə, Azərbaycanın qız cüdoçuları turniri bir qızıl medalla başa vurublar. Yalnız 52 kq-da Xədicə Qədəşova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün, həmçinin oğlanların mübarizəsində Süleyman Şükürov (73 kq) tatamiyə çıxacaq.

Geri qayıt