Qelebə.az / Reziuan Mirzovun “Neftçi”yə keçidi rəsmiləşib

Reziuan Mirzovun “Neftçi”yə keçidi rəsmiləşib

6-09-2023, 00:36

Rusiyalı futbolçu Reziuan Mirzovun “Neftçi”yə keçidi rəsmiləşib.

“QELEBE.AZ” xəbər verir ki, Bakı klubu “Neftçi TV” vasitəsilə 30 yaşlı yarımmüdafiəçinin transferini açıqlayıb.

Hücumameyilli oyunçu Rusiya klubu “Ximki”dən ayrıldığı üçün “ağ-qaralar”a azad agent kimi keçib. O, yeni komandasında 22 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Reziuan Mirzov “Ximki”yə 2020-ci ildə Moskva “Spartak”ından keçib.

Geri qayıt