Minifutbol üzrə "Zirə" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ikinci oyununa çıxıb.
"QELEBE.AZ" xəbər verir ki, Azərbaycan təmsilçisi Bolqarıstan "Terra Trak"ına 0:2 hesabı ilə uduzub.
"Zirə" ilk matçında Ukraynanın "Andezit" kollektivinə yenilmişdi - 0:1.
12:55
Minifutbol üzrə "Zirə" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ilk oyununa çıxıb.
"QELEBE.AZ" xəbər verir ki, Azərbaycan təmsilçisi Ukraynanın "Andezit" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə bitib.
"Zirə" bu gün Bolqarıstan "Terra Trak"ı ilə də münasibətlərə aydınlıq gətirəcək. Bu qrupda üç klub yer alıb.
Qeyd edək ki, “Birbaşa Bakı” da iki görüş keçirəcək.