Qelebə.az / Azərbaycan təmsilçisi qrup lideri kimi 1/8 finala yüksəlib - YENİLƏNİB

Azərbaycan təmsilçisi qrup lideri kimi 1/8 finala yüksəlib - YENİLƏNİB

7-09-2023, 20:49

Minifutbol üzrə "Birbaşa Bakı" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında üçüncü oyununa çıxıb.

"Report" xəbər verir ki, rəqib Albaniyanın "Prestij" kollektivi olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Komanda daha əvvəl Moldovanın "Volta" klubuna 4:1, Yunanıstan çempionu “Maqufana”ya 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, xallarının sayını 9-a çatdıran "Birbaşa Bakı" qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. Bu raundun görüşləri sabah olacaq.

14:49

Minifutbol üzrə "Birbaşa Bakı" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ikinci oyununa çıxıb.

"Report" xəbər verir ki, rəqib Moldovanın "Volta" kollektivi olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda ötən gün Yunanıstan çempionu “Maqufana”ya qalib gəlib - 3:1.

Beləliklə, xallarının sayını 6-ya çatdıran "Birbaşa Bakı" 1/8 finala vəsiqəni təmin edib.

Üçüncü görüşdəki rəqib Albaniyanın "Prestij" klubu olacaq.

Geri qayıt