Qelebə.az / “Qarabağ” Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb

“Qarabağ” Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb

9-09-2023, 12:07

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Klubdan apasport.az saytına verilən məlumata görə, Azərbaycan çempionu 25 futbolçu sifariş edib.

Bunlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 8-i yarımmüdafiəçi və 4-ü hücumçudur.

Qeyd edək ki, sentyabrın 21-də başlayacaq qrup mərhələsində “Qarabağ”ın rəqibləri “Bayer”, “Molde” və “Haken” olacaq.

Geri qayıt