İspaniya Futbol Federasiyasının rəhbəri, UEFA prezidentinin köməkçisi Luis Rubiales istefa verib.
APA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Luis Rubiales qadınlar arasında Dünya Kubokunda Hermosonu dodaqlarından öpmüşdü.
Hermoso bu hadisədən sonra Rubialesə qarşı iddia qaldırıb. Bundan əlavə, FİFA ispaniyalı idman mütəxəsisinə 90 günlük vəzifədən kənarlaşdırma qərarı vermişdi. Prokurorluq Rubialesə qarşı araşdırmaya başlamışdı.