Qelebə.az / Vitse-spiker Avropa birinciliyində uğurlu çıxış edən Azərbaycan kikboksçularını təbrik edib

Vitse-spiker Avropa birinciliyində uğurlu çıxış edən Azərbaycan kikboksçularını təbrik edib

13-09-2023, 17:48

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən kadetlər, yeniyetmə və gənclər arasında WAKO versiyası üzrə Avropa birinciliyində uğurlu çıxış edən Azərbaycan kikboksçularını qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, vitse-spiker yarışda 63 medal qazanan millinin tarixi nailiyyətə imza atdığını bildirib və onları təbrik edib.

Tədbirdə çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev isə idmançıların göstərdikləri uğurlar barədə məlumat verib.

Daha sonra Adil Əliyev tərəfindən idmançılara, məşqçilərə və hakimlərə Azərbaycan Kikboksinq Federasiyasının yeni formaları təqdim olunub.

Qeyd edək ki, Azərbaycan kikboksçuları kadetlər, yeniyetmə və gənclər arasında Avropa birinciliyində 16 qızıl, 16 gümüş və 31 bürünc medal qazanıblar.

Geri qayıt