Qelebə.az / AFFA rəsmisi Millətlər Liqasının oyununa təyinat alıb

AFFA rəsmisi Millətlər Liqasının oyununa təyinat alıb

15-09-2023, 11:36

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə UEFA-dan təyinat alıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək Millətlər Liqasının Macarıstan – İrlandiya oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 26-da Budapeştdə reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Geri qayıt