Qelebə.az / Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi ilə bağlı xəbərləri təkzib edib

Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi ilə bağlı xəbərləri təkzib edib

18-09-2023, 18:28

Türkiyə Futbol Federasiyası (TFF) əsas milli komandanın baş məşqçisi Ştefan Kuntsun istefaya göndərilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

"Report" TFF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, qurum məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

60 yaşlı almaniyalı mütəxəssis sentyabrın 20-də TFF prezidenti Mehmet Büyükekşi ilə görüşəcək.

Geri qayıt