Qelebə.az / "Barselona" müdafiəçisi ilə müqavilənin müddətini uzadıb

"Barselona" müdafiəçisi ilə müqavilənin müddətini uzadıb

20-09-2023, 14:53

İspaniyanın "Barselona" klubu futbolçusu Alexandro Balde ilə müqavilənin müddətini uzadıb.

"QELEBE.AZ" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Balde 2021-ci ildən əsas komandada çıxış edir. O, ötən mövsüm komanda ilə ölkə çempionu olub.

Geri qayıt