Qelebə.az / Niderland millisinin baş məşqçisi: "Azərbaycan mənə yaxın ölkədir"

Niderland millisinin baş məşqçisi: "Azərbaycan mənə yaxın ölkədir"

20-09-2023, 20:40

"Daha əvvəl burada işləmişəm və ölkə mənə yaxındır".

"QELEBE.AZ"un məlumatına görə, bunu futzal üzrə Niderland millisinin baş məşqçisi Migel Andres Bakıda Azərbaycan komandasına qarşı keçirdikləri DÇ-2024-ün elit mərhələsinin matçından sonra mətbuat konfransında deyib.

2016-cı ildə Azərbaycan yığmasında çalışmış mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib: "Daha yaxşı oyun sərgiləyə bilərdik. Amma futzalçılarımızdan narazı deyiləm. Bəzi məsələləri analiz edib aydınlaşdıracağıq".

Andres yenidən Azərbaycanda işləmək ehtimalı haqqında da danışıb: "Ölkənizdə fəaliyyət göstərdiyim müddətdə məmnun olmuşam. Bura həmişə mənə doğma olaraq qalacaq. Lakin hələlik Niderland millisindəki işimi davam etdirəcəyəm".

Geri qayıt