Qelebə.az / UEFA Avropa Liqası: "Qarabağ" - "Molde" oyunu azarkeş sayına görə səkkizincidir

UEFA Avropa Liqası: "Qarabağ" - "Molde" oyunu azarkeş sayına görə səkkizincidir

22-09-2023, 11:21

UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

"QELEBE.AZ" xəbər verir ki, "Qarabağ" və Norveç "Molde"si arasında Bakıda gerçəkləşən qarşılaşmanı tribunalarda 26 500 tərəfdar izləyib.

Bu görüş siyahının 8-ci pilləsində yer alıb.

Qeyd edək ki, oyun Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə bitib.

Geri qayıt