Qelebə.az / Avstriya yığmasının daha bir aparıcı futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Avstriya yığmasının daha bir aparıcı futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

28-09-2023, 09:15

Avstriya millisinin futbolçusu David Alaba Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununu buraxa bilər.

"Report" xəbər verir ki, "Real Madrid"də çıxış edən 31 yaşlı müdafiəçi İspaniya La Liqasının VII turunda "Las Palmas"a 2:0 hesabı ilə qalib gəldikləri matçda zədələnib.

Görüşdən sonra paytaxt təmsilçisinin baş məşqçisi Karlo Ançelotti Alabanın sentyabrın 30-da, VIII turda "Jirona" ilə qarşılaşmada iştirak etməyəcəyini söyləyib.

Onun sonrakı durumu tibbi müayinələrdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq Azərbaycan - Avstriya görüşü saat 20:00-da başlayacaq. Daha əvvəl Marko Arnautoviçin bu matçı buraxacağı dəqiqləşib.

Geri qayıt