Qelebə.az / Rusiya klubu 16 ildən sonra antirekordu təkrarlayıb

Rusiya klubu 16 ildən sonra antirekordu təkrarlayıb

30-09-2023, 14:58

Rusiyanın "Zenit" klubu 16 ildən sonra antirekordunu təkrarlayıb.

"QELEBE.AZ" "Opta Sports"a istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Premyer Liqanın X turunda "Orenburq"a 1:3 hesabı ilə uduzduqları oyunda bunu reallaşdırıb.

Komanda 2007-ci ildən sonra çempionatda qarşılaşmanın ilk hissəsində qapısında üç qol görüb. 16 il əvvəl Moskva "Spartak"ı fasiləyədək "Zenit"i üç dəfə məyus etməyi bacarmışdı.

Sankt-Peterburq həmin vaxtdan bəri 472 görüş keçirib.

Geri qayıt