Qelebə.az / Avrokuboklarda debüt edəcək Şuşa təmsilçisi hazırlıqlarını Polşada davam etdirir

Avrokuboklarda debüt edəcək Şuşa təmsilçisi hazırlıqlarını Polşada davam etdirir

2-10-2023, 10:51

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” klubu hazırlıqlarını Polşada davam etdirir.

"Report"un məlumatına görə, avrokuboklarda debüt edəcək Şuşa təmsilçisi oktyabrın 11-dək təlim-məşq toplanışını burada keçirəcək.

Komanda bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Xarı Bülbül” Çağırış Kubokunun 1/32 finalında Slovakiyanın "Spartak" (Miyava) klubu ilə üz-üzə gələcək. Tərəflər arasındakı razılığa əsasən, hər iki görüş Bakıda baş tutacaq. İlk qarşılaşma oktyabrın 25-də, cavab matçı isə 26-da gerçəkləşəcək. Hər iki oyun Voleybol Mərkəzində saat 18:00-da start götürəcək.

Geri qayıt