Futzal üzrə Azərbaycan millisinin Polşa və Yunanıstan yığmasına qarşı dünya çempionatının seçmə oyunları üçün heyəti bəlli olub.
"Report"un məlumatına görə, baş məşqçi Joze Alesio Da Silva 15 oyunçuya dəvət göndərib.
Braziliyanın “Marreko” klubunun üzvü Amadeu oktyabrın 4-də, Qazaxıstanın “Bayterek” klubunda çıxış edən Amir Shojaei və Hadi Ahmadi isə oktyabrın 5-də komandaya qoşulacaq.
| № | AD VƏ SOYAD | KLUB | |||
| 1 | Rövşən Hüseynli | Araz-Naxçıvan | |||
| 2 | Emin Kürdov | Neftçi İK | |||
| 3 | Cavad Məmmədov | Araz-Naxçıvan | |||
| 4 | Cohnatas Felipe “Felipinyo” | Araz-Naxçıvan | |||
| 5 | Xəzər Ağalızadə | Araz-Naxçıvan | |||
| 6 | Amir Shojaei | Bayterek (Qazaxıstan) | |||
| 7 | Hadi Ahmadi | Bayterek (Qazaxıstan) | |||
| 8 | Amadeu | Marreko (Braziliya) | |||
| 9 | Rafael Vilela | Kayrat (Qazaxıstan) | |||
| 10 | Everton Cardoso | Bintang Timur (İndoneziya) | |||
| 11 | Oktay Rüstəmli | Araz-Naxçıvan | |||
| 12 | FineoDe Araujo | Sportinq Paris (Fransa) | |||
| 13 | Tyaqo Bolinha | Sportinq Paris (Fransa) | |||
| 14 | Fərid Ələkbərov | Araz-Naxçıvan | |||
| 15 | Poletto Fabio Joze | klubsuz | |||
Qeyd edək ki, oktyabrın 7-də Polşanı qəbul edəcək Azərbaycan yığması 4 gün sonra Yunanıstanın qonağı olacaq.