Qelebə.az / Azərbaycan Basketbol Liqasının bürünc mükafatçısı debütanta qalib gəlib

Azərbaycan Basketbol Liqasının bürünc mükafatçısı debütanta qalib gəlib

4-10-2023, 18:48

2023/2024 mövsüm Azərbaycan Basketbol Liqasında çıxış edəcək "Sumqayıt" və NTD-INDIGO yoxlama oyununda üz-üzə gəliblər.

"QELEBE.AZ"un məlumatına görə, qarşılaşma Texniki Universitetin idman zalında baş tutub.

NTD-INDIGO çempionatın debütantını 80:60 hesabı ilə üstələyib.

Qeyd edək ki, NTD INDIGO ötən mövsüm Azərbaycan Basketbol Liqasında bürünc medal qazanıb.

Geri qayıt