Qelebə.az / Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub

Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub

3-10-2022, 14:57

Futbol üzrə Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub.

"Report" Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) rəsmi saytına istinadən xəbər verir ki, siyahıya çempionatın lideri "Qarabağ" başçılıq edir.

"Köhlən atlar"ın hər matçda ortalama 584 ötürməsinin 86,8 faizi dəqiq alınır. "Neftçi" (536 ötürmə, 85 faiz dəqiq) bu göstəriciyə görə ikinci, "Qəbələ" (500, 83,9 faiz) üçüncü pillədə qərarlaşıb.

Növbəti sıralarda "Sabah" (478, 83,2 faiz), "Zirə" (471, 85,9 faiz), "Kəpəz" (436, 84,5 faiz), "Sumqayıt" (407, 79,4 faiz), "Səbail" (368, 79,4 faiz), "Şamaxı" (361, 79,1 faiz) və "Turan Tovuz" (319, 78,3 faiz) qərarlaşıb.

Geri qayıt