Qelebə.az / Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib

18-10-2023, 17:15

Stolüstü tennis üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinə start verilib.

“QELEBE.AZ” xəbər verir ki, “Şüa" İdman Kompleksində keçirilən yarışda müxtəlif şəhər və rayonları təmsil edən 80-ə yaxın idmançı komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərirlər.

Yarışda ilk günün qalibləri müəyyənləşib.

2004-2007-ci il təvəllüdlü qızlar: 1. Bakı, 2. Sumqayıt, 3. Şabran.
2004-2007-ci il təvəllüdlü oğlanlar: 1. Bakı-1, 2. Sumqayıt, 3. Şabran, Bakı-2.
2008 və kiçik təvəllüdlü qızlar: 1. Sumqayıt-1, 2. Sumqayıt-2, 3. Bakı-2, Bakı-1.
2008 və kiçik təvəllüdlü oğlanlar: 1. Bakı-1, 2. Şabran, 3. Sumqayıt-1, Bakı-2.

Azərbaycan birinciliyinə oktyabrın 21-də yekun vurulacaq.

Geri qayıt